DəmirBanka keçdim

July 3, 2015

Dünəndən (1 iyuldan) peşəkar karyeramı DəmirBank’la davam edirəm. DəmirBank’ın uğurları üçün döyüşmək qərarı demirbankvermişəm.

DəmirBank rəhbərliyi Marketinq Departamentinin rəhbərliyini mənə həvalə edib. İnanırlar və mən də inanıram ki, uğurlu olacaq Dəmirbank karyeram.

Dövriyyədə olan (mənə deməsələr də 🙂 ) “Sektoru dəyişdin?”, “Nə əcəb banka keçdin?”, “Sən hara, bank hara?” suallarına aydınlıq gətirim.

Karyeramın 8 ili mebel sektoru ilə bağlı olub. Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri kimi. Heç vaxt mebelçi olmamışam, olmayacam da.

Elektronika biznesində olmuşam qısa müddət.

1,5 ay əvvələ kimi Azgranata şirkətinin vitse-prezidenti idim. Heç vaxt meyvə şirəsi və ya  şərab mütəxəssisi olmamışam, olmayacam da.

Bankda işləyib bankçı da olmayacağam. Mənim işim idarəetmə, marketinq və strategiya ilə bağlı olub. İndi də odur. 🙂

Menecmentin, marketinqin, strategiyanın sektora aidiyyatı yoxdur. Bunu hər zaman yazmışam, demişəm.

Son dərəcə ürəklə, həvəslə girişmişəm işə. Komandamızda da görürəm bunu bu 2 gündə.  İnanıram ki, gözlədiyimdən də uğurlu olacaq.

Advertisements

Ulduzların rəhbəri olmaq

June 24, 2015

Futboldan misal çəkim. Messi, C.Ronaldo, Neymarın olduğu komandada baş məşqçi olmağın çətinliyi ilə hansısa dünya ulduzlarının olmadığı komandada baş məşqçi olmağı müqayisə edək. Ulduzlarla işləmək daha çətindir. Daha çox peşəkarlıq və liderlik keyfiyyətləri tələb edir baş məşqçidən və menecerlərdən.

Təkcə futbol biznesində belə deyil. Bütün bizneslərdə belədir.
Bütün ölkədə tanınan ictimai fiqurlar, rəy liderləri, peşəkarığı çoxları tərəfindən qəbul olunan “ulduzlar” hansısa şirkətdə işləyirsə, onların rəhbərləri bilməlidirlər ki, bunlarla “klassik müdirlik” keçməyəcək. Asan deyil onları “idarə etmək”.

Təbii ki, “ulduzlar” da özlərinə və şirkətin korporativ qaydalarına hörmət etməlidirlər. Heç kim onları təkcə adlarına görə işə götürmür. Burda söhbət daha çox həmin şəxslərin rəhbərliklə münasibətlərindən gedir.

Peşəkarlığına güvənən şirkət rəhbərləri və sahibləri ulduzlarla işləməkdə problem görmürlər. Əks halda isə bu əməkdaşlıq alınmır çox hallarda.

Bir çox şirkət rəhbərləri ulduzların özlərini çox rahat hiss etmələrindən narahat olurlar. İstəyirlər ki, işçi həmişə işini itirmək qorxusu ilə yaşasın. Ulduzlarda çətin ki həmin qorxu yaradıla bilsin. 🙂

Başqa bir qrup rəhbərlər isə ulduzların daha populyar olmasını, özünün kölgədə qalmasını həzm edə bilmirlər. Bu da başqa problemdir.

(Yeni yazdığım kitabdan)

Freelance təfəkkürlü işçilər

June 23, 2015

Bunlar daha çox yaradıcılıqla bağlı işçilərdir – dizayner, proqramçı, kopirayter və s.

Karyeramın çox hissəsi mebel şirkətləri ilə əlaqəli olduğu üçün bir çox dizaynerlərlə işləmək şansım olub. Bəzən olub ki, böyük bir layihə dizaynerə işləmək üçün verildiyi zaman belə düşüncələr üzə çıxıb: “Mən bu layihəni özüm görtürsəydim, filan qədər pul qazanardım. Belədə marağım yoxdur.” Adama deyərlər ki, layihə götürənsənsə, şirkətdə nə işin var? Get layihələrinlə məşğul ol.

Bu tipli işçilər bütün şirkətdaxili atmosferi korlayır. Maksimum çalışmaq lazımdır ki, şirkətdə belə düşüncələr hakim olmasın.
Hamısına aid deyil bu düçüncə, təbii ki. Kifayət qədər ciddi dizaynerlər var. Anlayırlar ki, özünə bu karyeranı seçib – işini görüb maaşını almalıdır.

3-cü Milli Marketinq Forumunda açılış çıxışım #MMF2015

June 14, 2015

#MMF2015

‪#‎Periscope‬’da Raschad Camal ilə söhbət elədik

June 14, 2015

‪#‎MMF2015‬ ‪#‎Facemark‬ ‪#‎Makaz‬ ‪#‎MarketingAIR‬ ‪#‎FMRTV‬ ‪#‎Devaluation‬‪#‎Crisis‬ ‪#‎Newsituation‬ ‪#‎BusinessModels‬ ‪#‎DoingBusinessInAzerbaijan‬

FMR TV-də böhranlı situasiyada şirkətlərin mümkün davranışlarını müzakirə etdik

June 14, 2015

http://facemark.tv/marketing/video/Marketing-AIR-tesiscileri-bohranli-situasiyada-mumkun-usullar-haqqinda-danisir

Şirkətin qeyrətini çəkənlər

June 2, 2015

Şirkətlərdə maraqlı insan tipləri olur. Onlar haqda zaman-zaman yazılır, danışılır, təhlil edilir.IMG_20150517_225935

Bunlardan ən diqqət çəkən qruplardan biri haqda yazacam.

“Şirkətin qeyrətini çəkən” rolunda olan, “şirkəti şirkətin sahibindən də çox istəyən” tiplər.

Onların çox rahat mövqeləri olur. Lüks həyat tərzi keçirirlər şirkətdə. Çox rahatdır axı “xərcləri aşağı salmaq lazımdır” demək. Çox asan mövqedir axı.. Özünü əziyyətə vermədən bu mövqeyi müdafiə edərək ən yaxşı, ən qeyrətli oğlan olursan. 🙂

Qətiyyən ehtiyac olmur risqli təşəbbüslərə vaxt itirməyə. Qətiyyən ehtiyac yoxdur hansısa investisiyanın gəlirliliyini əsaslandırmağa, müdafiə etməyə. Əksinə, investisiya təşəbbüslərinə qarşı çıxırsan, olursan qəhrəman. Pul xərcləyənləri qınamaq qədər asan nə ola bilər ki?  Bir az da artistlik bacarığını işə salırsan, emosional nitq söyləyirsən iclaslarda. Şirkətdə səndən başqa hamının şirkəti dağıtdığını, heç kimin qənaət etmədiyini vurğulayırsan. Artistliyin həddi bir az da yüksəlsə, tam sübut etmiş olacaqsan ki, şirkətin sahibindən də çox sənin ürəyin yanır şirkət üçün.

Özü də həmişə şirkəti inkişafa aparan  təlim, araşdırma, reklam, sistem quruculuğu istiqamətində olan xərclərin azaldılmasının vacibliyini vurğulayarlar. Şirkətə canları yanırmış kimi.

Yuxarıda yazılanlar, həqiqətdir. Əksər şirkətlərimizdə işləyir bu, təəssüf ki. Normal şirkətlərdə isə işləyə bilməz. O “qeyrətli oğlanlara” əhəmiyyət verilmir, ya da olmur onlar normal şirkətlərdə. Hamı anlayır ki, şirkətin inkişafı üçün pul xərcləmək lazımdır. Təbii ki, ağıllı xərcləmək lazımdır.

Pul xərcləyənlərə (ağıllı xərcləyənlərə) “arzuolunmaz işçilər” kimi baxılırsa, həmin şirkətdə inkişafa arzuolunmaz bir şey kimi baxılır demək.

3-cü Milli Marketinq Forumu haqda

May 29, 2015

26-27 may tarixlərində ölkəmizin biznes həyatında ən əhəmiyyətli tədbirlərdən olan Milli Marketinq Forumu keçirildi.Artıq 3-cü dəfə idi keçirilirdi. Forumun yeganə missiyası milli biznesin, marketinqin inkişafıdır. Gözləntilər də 3 dəfə artmışdı. Ona görə də daha keyfiyyətli etmək üçün daha çox hazırlaşmaq lazım gəlmişdi.

Forum haqda qeydləri, fikirləri oxuyanda o nəticəyə gəlmək olur ki, 3-cü forum da əvvəlkilərdən fərqlənməklə olduqca uğurlu alınıb. Bu yazıda bu dəfəki forumda xüsusi əhəmiyyətli hesab etdiyim bəzi məsələləri qeyd etmək istəyirəm.

16802_888167194582981_3570812203381409795_n

  1. Bu dəfəki forum MMF brendinin həqiqi mənada özünütəsdiqi oldu. Bu forumla MMF-in əhəmiyyəti, dəyərləri, rolu daha aydın şəkildə ifadə olundu.
  2. Builki forumda böyük şirkətlər daha maraqlı idilər forumun işində iştirak etməyə. Bu, forumun uğurudur.
  3. Açılış çıxışımda dediyim kimi, Milli Marketinq Forumu ölkənin marketinq trendlərinin və marketinqin inkişafının güzgüsünə çevrilib. Ölkədə marketinqin hansı səviyyədə olmasını forumun əvvəlki illərdəki forumlarla müqayisə etməklə görmək olur.
  4. Bir daha əmin olduq ki, MMF-in əsas üstünlüklərindən biri orda olan səmimi mühitdir, yüksək səviyyəli atmosferdir. Hər kəs özünü çox yaxşı hiss edirdi.
  5. Əmin olduq ki, necə olursa olsun MMF-i qorumaq və hər il keçirmək lazımdır.

Bütün bunlara görə Milli Marketinq Forumunun uğuruna qatqısı olan hər kəsi – iştirakçıları, spikerləri, moderatorları,  sponsorlar və dəstəkçi şirkətləri, təşkilatçıları və s. – təbrik edirəm!

Aşağıda forum haqda yazılmış başqa bloq postların linklərini əlavə edirəm. Hər birini oxumaqda fayda var.

  1. http://www.ilkinmanafov.com/2015/05/milli-marketinq-forumu-r%C9%99smi-hesabat/
  2. http://samirkarimov.com/2015/05/28/milli-marketinq-forumu-2015-olimp%C9%99-dogru/
  3. http://ilhamaliyusif.com/2015/05/28/qoy-hemise-forum-olsun/
  4. http://samirkarimov.com/2015/05/26/milli-marketinq-forumu-gun-1/
  5. http://samirkarimov.com/2015/05/27/milli-marketinq-forumu-2015-gun2-panell%C9%99r-bar%C9%99d%C9%99-fikirl%C9%99rim/
  6. http://agaev.az/?p=1526&lang=ru
  7. http://orkhanrza.com/mmf2015-3cu-marketinq-forumuna-bir-qus/
  8. http://www.myvideo.az/?video_id=2003751

Kapsi.az-da söhbətimiz (MÜSAHİBƏ)

May 3, 2015

http://kaspi.az/news.php?id=21606#.VUMrUulEI2J.facebook

FMR TV-də Araz Supermarketlər şəbəkəsinin marketinq direktoru Alpaslan Öztaş ilə Azərbaycanda pərakəndə ticarətin vəziyyətinin müzakirəsi (VIDEO)

April 26, 2015

Araz Supermarketlər şəbəkəsinin marketinq direktoru Alpaslan Öztaş FMR Tv-nin qonağıdır Araz Supermarketlər şəbəkəsinin marketinq direktoru Alpaslan Öztaş ilə Azərbaycanda pərakəndə ticarətin vəziyyəti, bu sahədə trendlər və gözləntiləri müzakirə etdik.

via Fmr tv by air | Araz Supermarketlər şəbəkəsinin marketinq direktoru Alpaslan Öztaş FMR Tv-nin qonağıdır.


%d bloggers like this: